"Şapekoense"dən Ronaldinyo və Rikelme açıqlaması

14:31 - 10 Dekabr 2016

Dünya futbolunun ulduzları Xuan Roman Rikelme və Ronaldinyo futbolçularını və məşqçilərini təyyarə qəzasında itirən Braziliyanın "Şapekoense" klubunda oynamağa hazır olduqlarını bəyan etmişdilər.

 

Sportal.az xəbər verir ki, komandanın prezidenti İvan Tozzo əfsanəvi futbolçuların "Şapekoense"də çıxış etməyəcəklərini söyləyib:

 

 "Biz sifarişsiz və təvazökar klubuq. Belə oyunçularla oynaya bilmərik".

 

Qeyd edək ki, 38 yaşlı Rikelme karyerasını 2014-cü ildə bitirib. Ronaldinyo isə hazırda azad agent statusu daşıyır və onun qışda Amerikada çıxış edəcəyi ilə bağlı xəbərlər dolaşır.

Xəbər xətti