Bu gün Portuqaliya Sequndasında XVIII turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası doğma azarkeşləri qarşısında "Portu"nun B komandasını qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Son zamanlar öz oyunu ilə əsas heyətdə yerini təmin etməyi bacaran Budaq Nəsirovun bu matça da start "11-lik"də başlayacağı gözlənilir.
Qeyd edək ki, Nəsirov komandasında keçirdiyi 9 matçda 1 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi