Bu gün Türkiyə Super Liqasında 14-cü turun növbəti oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor"u "Beşiktaş"ın qonağı olacaq. "Qara qartallar" 2:1 hesabı ilə qalib gəlib.
Dəniz Yılmaz 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "İstabul Başakşehir" və "Beşiktaş" hərəyə 32 xalla turnir cədvəlində 1-2-ci pillələri bölüşdürür. "Qalatasaray" 26 xalla 3-cü pillədə yer alıb. "Bursaspor" isə "Fənərbaxça"dan sonra 5-ci yerdə qərarlaşıb.
"Beşiktaş" - "Bursaspor" - 2:1
Qollar: Cenk Tosun, 53 (pen.), 65 (pen.) - Emre Taşdemir, 90+1