Sloveniya çempionatında 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Domjale" doğma meydanda lider "Maribor"la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:2.
Samirin adı əvvəlki 20 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 21 turdan sonra 39 xalla 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi