Erat "Duysburq"un qələbəsini izlədi

16:16 - 11 Dekabr 2016

Almaniya üçüncü Bundesliqasında 18-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" doğma meydanda "Fortuna" Kölnlə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Erat bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Duysburq" 18 turdan sonra 34 xalla 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti