Portuqaliyanın "Boavişta" klubunun baş məşqçisi Migel Lil Premyer Liqanın 13-cü turunda "Gimaraynş"a evdə 1:2 hesabı ilə uduzduqları oyundan matç haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bunları söyləyib:
"Oyun istədiyimiz kimi keçmədi. Səhvlər bizə baha başa gəldi. Yaxşı mübarizə apardıq, amma qalib gələ bilmədik. Oyunda yaxşı hücumlar təşkil etsək də, qola çevirə bilmədik. Bu, məni narahat edir. Çatışmayan cəhətlər var və bunu aradan qaldırmalıyıq. Ümid edirəm ki, uğursuzluq seriyasından çıxacağıq. Gələcəkdə müsbət nəticələr əldə edəcəyimizə inanıram. Bu durumu dəyişmək üçün isə çox çalışmalıyıq".
saytlarin hazirlanmasi