İspaniya ikinci liqasında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadiz" səfərdə "Kordoba"nın qonağı olub və bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
İsrafilov matça start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kadis" 18 turdan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb.