Ufuk Budak 90 dəqiqə oynadı

00:37 - 12 Dekabr 2016

Türkiyə Super Liqasında 14-cü turun görüşləri davam edir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ufuk Budakın çıxış etdiyi "Kayserispor" səfərdə "Konyaspor"un qonağı olub. Millimizin üzvünün start heyətdə meydana çıxıb, 90 dəqiqə mübarizə apardığı matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, 14 turdan sonra aktivində 9 xal olan Kayseri təmsilçisi turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti