Eddi İsrafilov: "Heç kimi ittiham etmək istəmirəm"

11:11 - 12 Dekabr 2016

Milli komandamızın və İspaniya Sequndasında mübarizə aparan “Kadiz”in yarımmüdafiəçisi Eddi İsrafilov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Eddi İsrafilovu komanda yoldaşı David Sançes zəif oyununa görə tənqid edib. İsrafilov isə buna belə münasibət bildirib:

 

“David Sançes mənim zəif çıxış etdiyimi bildirib. O, təcrübəli futbolçudur. Mən heç kimi ittiham etmək istəmirəm. Onunla bəzən oyunumuz alınmır. David daha çox müdafiəyə meyillidir. Mən isə hücumlarda da iştirak edirəm. Amma baş məşqçi məni hansı mövqeydə sınasa, oynamağa hazıram. Məşqçimiz məni oyunun gedişində bir neçə mövqeylərdə sınayır və özümü rahat hiss edirəm. Komandaya yeni gələndə hər şey istədiyim kimi deyildi, uyğunlaşmaqda çətinlik çəkirdim. Yaxşı oyun nümayiş etdirə bilmirdim. Buna görə təzyiq altında idim. Sözün düzü, azarkeşlərdən də dəstək görmürdüm. Son oyunlarda özümə daha çox güvənirəm. Daha çox məşq edib, çalışıram ki, komandada yerim möhkəmlənsin. Azarkeşlərimizdən xahiş edirəm ki, mənə dəstək olsunlar. Mən onların istədiyi oyunu sərgiləyəcəm, amma dəstəklərini əsirgəməsinlər”.

Xəbər xətti