“Trabzonspor”un milli komandamızın hücumçusu Ramil Şeydayevi icarəyə göndərmək istədiyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi gənc futbolçunun daha çox oynaması üçün onu Super Liqanın və ya aşağı dəstədə çıxış edən digər klublarından birinə icarəyə göndərmək niyyətindədir.
Şeydayevin komandada qalmaq ehtimalı da var.
"Bordo-mavililər" "Portu"dan 900 min avro qarşılığında icarəyə götürdüyü Hyun-Yun Suku komandasına qaytaracaq. Bundan əlavə, Muhammet Demirin "Konyaspor"a keçəcəyi gözlənilir.
Adıçəkilən hücumçuların komandadan gedəcəyi ehtimal olunur. Bu halda Ramil Şeydayev "Trabzonspor"da qalacaq.
Super Liqa təmsilçisi hücum xəttini "Everton"un futbolçusu Omar Niasse və "Astona Villa"dan Libor Kozakla gücləndirmək istəyir.
Qeyd edək ki, yay transfer pəncərəsində "Zenit"dən "Trabzonspor"a keçən Ramil Super Liqada 1 oyun keçirib. Türkiyə kubokunda 2 matçda meydana çıxan forvard 1 qol vurub.
saytlarin hazirlanmasi