Finlandiya milisində baş məşqçi dəyişikliyi olub.
Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Xan Bakke istefaya göndərilib. Buna millinin DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışı səbəb olub.
Artıq komandanı çalışdıracaq yeni baş məşqçinin adı da müəyyənləşib. Federasiyanın rəsmi saytında yer alan xəbərə görə, yığmaya bundan sonra Markku Kanerva rəhbərlik edəcək.
Qeyd edək ki, Finlandiya DÇ-2018-in seçmə mərhələsində İ qrupunda 1 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi