Noyabrın 29-də "Şapekoense"ni Kolumbiyaya aparan təyyarə Medelyin şəhərinin yaxınlığında qəzaya uğramışdı. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 77-si sünyasını dəyişmişdi. Qəzadan sağ qurtulan jurnalist Rafael Henzel açıqlama verib.
Sportal.az xəbər verir ki, o, hadisə haqda yadında qalanları danışıb:
“Yolda heç kim bizə təhlükəsizlik kəmərini taxmağımızı söyləmədi. Nə vaxt enəcəyimizi soruşanda "10 dəqiqədən sonra enəcəyik" deyirdilər. Daha sonra birdən-birə təyyarədə işıqlar söndü və motor dayandı. Ondan sonra hamı yerində oturdu, kəmərləri taxdıq”.
“Düşüdüyümüzü xatırlaya bilmirəm”
“Bu durum bizi qorxutdu, amma yerə düşəcəyimizi də gözləmirdik. Təyyarədəki qışqırtı səslərini xatırlaya bilmirəm. Yerə çırpılmağımız anidən oldu. Heç kim bunu gözləməzdi, başqa heç nə xatırlamıram”.
“İki həmkarımı gördüm”
“Mənim üçün ən üzücü an o idi ki, yanımda həmkarlarımı gördüm. Onlar gözlərini əbədi olaraq yummuşdular. Özümü pis hiss etsəm də, güc toplamalı idim. Ayaqlarım ağacın altında qalmışdı, mübarizə aparırdım”.
“Xətəxanaya 40 dəqiqəyə getdik”
“Xilasetmə xidməti məni xəsarət almadan qurtarmaq üçün çox çalışırdı. Bir az sonra onlar bunu bacardılar və məni təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırdılar. Bu qəza çox tez baş verdi. Qəzadan 40 dəqiqə sonra xəstəxanada idim”.
saytlarin hazirlanmasi