Noyabrın 29-də təyyarə qəzasında heyətinin böyük əksəriyyətini itirən Braziliyanın “Şapekoense” klubunun yaşıl meydanlara dönəcəyi tarix bəlli olub.
Sportal.az xəbər verir ki, Santa Katarina təmsilçisi 2017-cı ilin yanvarın 29-da qəzadan sonra ilk görüşünə çıxacaq.
Bu barədə məlumatı CONMEBOL-in rəsmi saytı yayıb. "Şapekoense" həmin gün Braziliya çempionatı çərçivəsində “İnternasyonal”la qarşılaşacaq.
Qeyd edək ki, “Şapekoense” Sudamerikana kubokunun Kolumbiyadakı final matçına yollanarkən Medelyin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində hava gəmisində olan 81 nəfər sərnişindən 77-si dünyasını dəyişib.
saytlarin hazirlanmasi