Ölümündən sonra ilin futbolçusu seçildi

12:12 - 15 Dekabr 2016

"Şapekoense"nin mərhum qapıçısı Markos Danilo Padilya azarkeşlərin səs çoxluğu ilə Braziliyada ilin futbolçusu elan edilib.

 

Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda qardaşı Markos səslərin 48 faizinin toplayıb. Mükafatlandırma mərasimində mərhum qapıçının bacısı və anası iştirak edib.

 

Göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə noyabrın 28-də Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelin şəhərinə istiqamətlənib.

 

Ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Qəza zamanı üç futbolçu - Alan Ruşel, Cekson Folman və Xelio Samper Neto sağ qalıb. Xəsarət almış Markos Danilo isə sonradan xəstəxanada şok keçirərək dünyasını dəyişib.

Xəbər xətti