Ölkədə bütün futbol matçları təxirə salındı

13:57 - 15 Dekabr 2016

Konqo Demokratik Respubilkasında bütün futbol oyunları təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb ölkədəki siyasi hadisələrdi. Hökümətin yerli Futbol Federasiyasına təkidindən sonra keçirilməli olan bütün qarşılaşmalar qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Ölkədəki siyasi vəziyyətin tribunalara daşınmasından qorxan hökümət bu addımı atıb.

 

Qeyd edək ki, 2001-ci ildən Konqoya rəhbərlik edək Jozef Kabilanın vaxtı dekabrın 19-da başa çatacaq. Birləşmiş müxalifət partiyaları ilə iqtidar arasındakı fikir ayrılığı ölkəni siyasi qalmaqallara sürükləyib.

Xəbər xətti