Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqibi olan Almaniya millisinin baş məşqçisi Yoahim Löv açıqlama verib.
Sportal.az “sport1”ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı dünya çempionatının 48 komanda ilə keçirilməsi məsələsinə münasibət bildirib:
“Təbii ki, belə bir mötəbər yarışda hər bir ölkə çıxış etmək istəyir. Elə ölkələr var ki, bu turnirə həsrətdirlər. Onları da başa düşmək lazımdır. Bu, olsa, onlar üçün yaxşı şansdır. Lakin turnir üçün bu çox uzun olacaq. Oyunların sayı elə də çox olmamalıdır. Fikrimcə, 32 komanda olsa, daha yaxşı olar”.
Löv komandası haqda da danışıb:
“Avropa çempionatında yaxşı iştirak etmişdik. Dünya çempionatının seçmə mərhələsinə də yaxşı start vermişik. Qrup lideri kimi mudniala vəsiqə əldə etmək istəyirik. Əsasən gənc futbolçuların üzərinə düşmüşük. 2018-ci ildə onlara böyük ümidimiz olacaq. Oyunumuzu daha da keyfiyyətli etmək istəyirik”.
Qeyd edək ki, Almaniya millisi seçmə mərhələdə yığmamızın da yer aldığı C qrupuna 12 xalla başçılıq edir. Azərbaycan millisi isə 7 xalla 3-cüdür.
saytlarin hazirlanmasi