DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparan Norveç millisində növbəti istefa baş verib.
Sportal.az xəbər verir ki, köməkçi məşqçi Martin Foyston vəzifəsindən ayrılıb. Sabiq baş məşqçi Per-Matias Hoqmonun qovulmasından sonra bu, milli komandada ardıcıl 2-ci istefa olub.
Qeyd edək ki, seçmə mərhələdə Bakıda millimizə 0:1 hesabı ilə uduzan Norveçin baş məşqçi Per-Matias Hoqmo noyabrın 26-da istefaya göndərilmişdi.
Əlavə edək ki, Norveç millisi seçmə mərhələdə C qrupunda 3 xalla 5-cidir. Azərbaycan yığması isə 7 xalla 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi