Məşhur futbolçu Xuan Sebastian Veron karyerasını bərpa edib.
Sportal.az xəbər verir ki, 41 yaşlı futbolçu yanvar ayında yenidən Argentinanın "Estudiantes" klubunun heyətində yaşıl meydanlara qayıdacaq. Bu barədə məlumatı yarımmüdafiəçi şəxsi "twitter" səhifəsində verib.
Argentina millisinin sabiq üzvü 2017-ci ilin yanvar ayının 8-də dönüşündən sonra ilk matçına çıxacağını bildirib. Onun qayıdışı ABŞ-də təşkil olunacaq "Florida Kuboku" çərçivəsində Almaniyanın "Bayer" klubu ilə qarşılaşmada rəsmiləşəcək.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2014-cü ildə "Estudiantes"də karyerasını başa vurub. Uzun müddət Argetina millisinin uğurları üçün çalışan Veron karyerası ərzində "Mançester Yunayted", "Çelsi" və "İnter" kimi məşhur komandalarda oynayıb.
saytlarin hazirlanmasi