Bu gün klublararası dünya çempionatının (KDÇ) final oyunu keçirilib.
Sportal.az xəbər verir ki, Yaponiyada təşkil olunan çempionatın final görüşündə Madrid “Real”ı ilə yerli “Kaşima Antlers” üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından, əlavə vaxta ehtiyac duyulub. Kriştiano Ronaldonun əlavə vaxtda vurduğu iki qol “kral klubu”na qələbə qazandırıb. Bununla da, KDÇ-nin qalibi “Real” olub.
Bununla da "Real" bu kuboku 5-ci dəfə muzeyinə aparıb. KDÇ-da 2-ci ən çox qalib olan klub "Milan"dır (4 dəfə).
"Real" - "Kaşima Antlers" 4:2 (əlavə vaxtda)
Qollar: Kərim Benzema, 9. Ronaldo, 58-pen; 97; 104 - Şibasaki, 44; 52.
saytlarin hazirlanmasi