Millimzin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" klubu Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Portu təmsilçisi XIV turda səfərdə autsayder "Tondela"nın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Boavişta" matçın sonuna 2 dəqiqə qalmış hesabı bərabərləşdirməyi bacarıb.
Bu matçda millimizin hər iki üzvü oynamaq şansı qazanıb. Kamran oyuna strat heyətində başlayıb və sonadək mübarizə aparıb. Emin isə 46-cı dəqiqədə Karrasanın əvəzinə meydana daxil olub və sona qədər oynayıb.
Qeyd edək ki, səfərdən 1 xalla dönən "Boavişta" xallarının sayını 14-ə çatdırıb.
saytlarin hazirlanmasi