İspaniya ikinci liqasında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadiz" doğma meydanda "Sevilya Atletiko"nu qəbul edib və bu görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb.
İsrafilov bu görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 78-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Kadis" 19 turdan sonra 30 xalla 4-cü pillədə qərarlaşıb.