Kamran Ağayevdən qeyri-adi addım

10:52 - 19 Dekabr 2016

Millimizin futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu “Boaavişta” klubu Portuqaliya Premyer Liqasının XIV turunda səfərdə autsayder “Tondela” ilə heç-heçə edib – 1:1.

 

Sportal.az xəbər verir ki, sözügedən matçda hər iki futbolçumuz oynamaq şansı qazanıb. Kamran 90 dəqiqə mübarizə aparıbsa, Emin matçın 46-cı dəqiqəsində Karrasanın əvəzinə meydana daxil olub və sonadək mübarizə aparıb.

 

Maçtdan sonra millimizin hər iki futbolçusu “Tondela”nın qolunun müəllifi Vitali Litsovla şəkil çəkdiriblər. Kamranın özünü məyus edən futbolçu ilə şəkil çəkdirməsi isə bir qədər qeyri-adi alınıb.

 

Qeyd edək ki, Mahmudovla Vitali vaxtı ilə Rusiyanın 21 yaşadək futbolçulardan ibarət komandasının heyətində çiyin-çiyinə oynayıblar.

Xəbər xətti