"Kadiz"in baş məşqçisi: "Eddi İsrafilov qeyri-adi oğlandır"

12:42 - 19 Dekabr 2016

İspaniya Sequndasında çıxış edən "Kadiz"in baş məşqçisi Alvaro Kervera açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis milli komandamızın futbolçusu Eddi İsrafilovdan danışıb:

 

“Eddi İsrafilov qeyri-adi oğlandır. Məşqlərə çox ciddi yanaşır və hər zaman öz üzərində işləyir. Ola bilər ki, barəsində çox söz-söhbət dolaşsın. Eddi peşəkardır və hər şeyi yaxşı dərk edir. Ondan istədiklərimi alacağımıza əminəm. İsrafilov dayaq, mərkəz və hücumameyilli yarımmüdafiədə oynamağı bacarır. Ən güclü tərəfi müdafiəyə kömək etməyidir. Unutmayın ki, Eddiyə güvənib heyətə cəlb etmişəm, onun potensialına bələdəm. Ona daha çox dəstək lazımdır”.

 

Qeyd edək ki, 24 yaşlı yarımmüdafəçi yayda "Real Mursiya"dan "Kadiz"ə keçib.

 

Xatırladaq ki, bir müddət əvvəl İsrafilovun komanda yoldaşı David Sançes zəif oyununa görə millimizin üzvünü tənqid etmişdi.

Xəbər xətti