Argentina millisinin sabiq üzvü Karlos Teves "Boka Xuniors"un heyətində son matçına çıxıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu Argentina Premyer Liqasının XIV turunda "Olimpiya" komandasına qarşı baş tutan oyunda azarkeşləri ilə vidalaşıb.
Ulduz futbolçunun bundan sonra karyerasını Çində davam etdirəcəyi dəqiqdi. Bu barədə məlumatı "Marca"ya açıqlamasında "Boka Xuniors"un adı açıqlanmayan rəsmisi verib. Klub rəsmisi Tevesin Çin klublarından biri ilə yaxın günlərdə rəsmi müqavilə imzalayaağını qeyd edib.
İspaniya qəzeti Tevesin yeni klubunun "Şanxay Şenua" olduğunu iddia edir. Bildirilir ki, təcrübəli forvard yeni klubunda ilinə 40 milyon avro qazanacaq.
Qeyd edək ki, Teves ötən il "Yuventus"dan sabiq komandasına qayıtmışdı.
saytlarin hazirlanmasi