Braziliya Futbol Konfederasiyası “Şapokoense” klubu üçün xeyriyyə xarakterli yoldaşılıq görüşünün keçiriləcəyini bildirib.
Sportal.az xəbər verir ki, qarşılaşma Braziliya və Kolumiya yığma komandaları arasında keçiriləcək. Matç 2017-ci il yanvarın 25-nə planlaşdırılıb.
Təyyarə qəzasında ölənlərin xatirəsinə həsr olunacaq oyun Rio-de-Janeyrodakı “Olimpiya” stadionunda baş tutacaq.
Xatırladaq ki, Braziliyanın “Şapokoense” klubnun üzvlərini aparan təyyarə noyabrın 28-də Kolumbiyada qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan 77 nəfərdən (22-si futbolçu) 6-sı sağ qalıb.
saytlarin hazirlanmasi