"İnter"in sabiq futbolçusu: "Çin liqasının İtaliya A Seriyası ilə oxşarlıqları çoxdur"

16:19 - 22 Dekabr 2016

"İnter"in sabiq futbolçusu, hazırda Çinin "Şanxay Şenua" klubunda top qovan Freddi Quarin maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "İnter"dən ayrılma səbəbindən və çempionatlar arsındakı fərqdən danışıb:


"Uzun müddət "İnter"də oynadım. Sonra düşündüm ki, dəyişikliyə ehtiyac var. Çindən gələn böyük təklifi dəyərləndirdim və qəbul etdim. Yeni təcrübə qazanmaq istəyirdim, bu səbəbdən "Şanxay Şenua"nı seçdim. Bu çempionatın səviyyəsi La Liqadan geridir. Lakin düşünürəm ki, İtaliya A Seriyası ilə oxşarlıqları çoxdur. Çin öz liqasını dünya səviyyəsinə qaldıracaq. Bu səbəbdən hazırda xarici futbolçular və məşqçilər klublara cəlb olunur. Həmçinin Çinin özündə də potensialı olan futbolçular kifayət qədərdir". 


Qeyd edək ki, kolumbiyalı futbolçu 2012/16-cı illərdə "İnter"də çıxış edib.

 

Xatırladaq ki, "Şanxay Şenua" Quarini 13 milyon avro qarşılığında transfer etmişdi.

 

Xəbər xətti