“Fikrimcə, layiqli qələbə qazandıq. Qarşılaşmada 3 və daha çox qol da vura bilərdik, amma nəticədən razıyam. Çatışmayan cəhətlərin üzərində çox işləməliyik”.
Sportal.az xəbər verir ki, bu sözləri Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi “Boavişta” klubunun baş məşqçisi Migel Lil “Nasional”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra səsləndirib. Sözügedən oyunda millimizin üzvü Emin Mahmudov Portu təmsilçisinin heyətində ilk qolunu vurub.
51 yaşlı mütəxəssis qələbəni şərh edib:
“Görüşə yaxşı start verdik, təzyiqimiz öz nəticəsini verdi. Erkən qol isə işimizi asanlaşdırdı. Oyunun ritmini itirmədik, hesabı sona qədər qorumağı bacardıq. 3 matç idi ki, qələbənin nə olduğunu bilmirdik, 3 xalı azareşlərimizə həsr edirik. Milad bayramı öncəsi bizdən onlara hədiyyə olsun”.
Lil tez bir zamanda xal ehtiyatlarını 30-a çatdırmaq istədiklərini bildirib:
“17-ci xalımızı qazandıq, bunu qısa zamanda 30-a çatdırmalı və daha da irəli getməliyik. Mövqeyimizi möhkəmləndirməliyik. Komandada inkişafın olacağına inanıram. Bu il bacardıqca yaxşı yer tutmaq istəyirik. Hədəflərimiz var və onlara çatmaq istəyirik. Uğur qazanmaq üçün daha çox çalışmalısan və bunu peşəkar şəkildə etməlisən. Gələn mövsüm isə zəfərlər bizim olacaq”.
Qeyd edək ki, “Boavişta” 14 turdan sonra 17 xalla 9-cudur.
saytlarin hazirlanmasi