Kot-d-İvuar millisinin sabiq üzvü Emmanuel Ebue İngiltərə mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, sabiq meneceri Sabastien Boisseauya olan borcunu ödəmədiyi üçün FİFA tərəfindən 1 il müddətində futboldan uzaqlaşdırılan müdafiəçi keçirdiyi günlərdən danışıb.
Azad agent olan futbolçu FİFA-nın məlum qərarından sonra intihar etmək istədiyini deyib:
"Bir gün özümü öldürmək istəyirdim. Ailəm buna imkan vermədi. Yatağımdan çıxmaq istəmədiyim günlər keçirirdim. Bir gün, iki gün... Təklik... Qapını kilidləyib tənha qalırdım, öz-özümə düşünürdüm. Günlərimi incil kitabını oxuyaraq keçirirdim və özümə "Emmanuel, sən nə edirsən?" - deyə söyləyirdim".
Qeyd edək ki, "Arsenal" və "Qalatasaray"ın da şərəfini qorumuş Ebue 2015-ci ildən işsizdi. O, bu ilin martında İngiltərənin "Sanderlend" klubuna keçsə də, məlum cəzaya görə komandadan qovulmuşdu.
saytlarin hazirlanmasi