Afrikada 2016-cı ilin ən yaxşı futbolçusuna son 3 namizdən adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ən yaxşı seçilmək uğrunda Pyer-Emerik Obameyanq (Qabon, ”Borussiya” Dortmund), Riyad Mahrez (Əlcəzair, “Lester Siti”) və Sadio Mane (Seneqal, “Liverpul”) mübarizə aparacaq.
Qeyd edək ki, qalibin adı yanvarın 5-i Nigeriyada keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.
Xatırladaq ki, ötən il Afrikanın ən yaxşı oyunçusu Pyer-Emerik Obameyanq seçilmişdi.
saytlarin hazirlanmasi