FIFA Sehiçin baş məşqçisini cəzalandırdı

00:12 - 26 Dekabr 2016

FİFA Bosniya və Hersoqovina millisinin baş məşqçisi Mehmet Bajdareviçi cəzalandırıb. 

 

Sportal.az xəbər verir ki, buna mütəxəssisin DÇ-2018-in seçmə mərhələsinin Yunanıstana qarşı oyunda (1:1) baş vermiş qalmaqalda iştirakı səbəb olub. Ali futbol qurumu həmin olaya görə mütəxəssisə 2 oyun və 5 min İsveçrə frankı məbləğində cərimə tətbiq edib. 

 

Çalışdırıcı bu cəzaya görə DÇ-2018-in seçmə mərhələsində Cəbəllütariq və Yunanıstana qarşı keçiriləcək ev oyunlarını tribunadan izləməli olacaq.

 

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu İbrahim Sehiç də Bosniya və Hersoqovina millisinin üzvüdü. 

 

Xəbər xətti