Ramil Şeydayev ilin son matçında da oynamayacaq

17:28 - 28 Dekabr 2016

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" sabah Türkiyə kubokunun qrup mərhələsinin IV turunda "Kıcılzabölükspor"la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Trabzon təmsilçisi bu gün matçın keçiriləcəyi Dənizli şəhərinə yollanıb.

 

Komandanın baş məşqçisi ilin son oyununa 7 futbolçu aparmayıb ki, bunların arasında millimizin üzvü də var.

 

Qeyd edək ki, artıq "Trabzonspor" Ramilin komandadan göndərilməsi ilə bağlı qərar verib.

Xəbər xətti