2014-cü ildə peşəkar futbolçu karyerasını başa vuraraq Argentina çempionatında çıxış edən “Estudiantes”in prezidenti olan Xuan Sebastian Veron yenidən futbola dönüb.
Sportal.az xəbər verir ki, Veron özünün prezidenti olduğu “Estudiantes”lə 1,5 illik anlaşma imzalayıb. 41 yaşlı yarımmüdafiəçi müxtəlif illərdə 13 il bu klubun şərəfini qoruyub.
Ötən mövsümdə Argentina çempionatında ikinci yeri tutan “qırmızı-ağlar” Libertadores kubokunda mübarizə aparacaq.
saytlarin hazirlanmasi