Türkiyə kubokunun qrup mərhələsində 4-cü turun qarşılaşmaları davam edir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" doğma meydanda aşağı liqa təmsilçisi "Aydınspor"u qəbul edib. Milimizin üzvünün 90 dəqiqə meydanda olduğu matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.
Bu nəticədən sonra aktivində 5 xal olan "Bursaspor" G qrupunda 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi