Qazaxıstan Premyer Liqasında 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Kayrat"ın yarımmüdafiəçisi Andrey Arşavin ötən ilin ən yaxşı oyunçusu seçilib.
Təcrübəli futbolçu yeri jurnalistlər arasında keçirilən sorğuda qalib olub.
Qeyd edək ki, Arşavin ötən il çempionatda 28 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi