Çinin “Şanxay Şenhua” klubunda çıxış edən Demba Ba titul əvəzinə pul qazanmağa üstünlük verən futbolçuların tənqid edilməsinin düzgün olmadığını söyləyib.
Sportal.az xəbər verir ki, seneqallı futbolçunun açıqlamalarını təqdim edir:
“Bildiyiniz kimi ciddi zədə almışdım, ayağım sınmışdı. Artıq müalicəm başa çatıb. Fiziki hazırlıqlar keçmək üçün ABŞ-a yollanacam. Mart ayına qədər yaşıl meydanlara geri dönməyə çalışacam. Mən, Obafemi MArtins və Karlos Teves möhtəşəm trio olacağıq”.
“Çin futbolu ölkəsində populyar etmək üçün çalışır. Bunun üçün fantastik şəkildə pul yatırılır. Əsas məqsədlərdə biri Çin milli komandasını güclü hala gətirməkdir. Yığma komandanın uğurlu çıxış etməsi əsas şərtlərdəndir. Çin millisi istənilən nəticələri versə, inkişaf olarsa, yatırımlar davam edəcək”.
“Çin prezidenti futbolun əsl fanatıdır, xəstəsidir. “Şanxay Şenhua”nın sahibləri də dövlətə yaxın adamlardır. Pul dayanmadan gəlir. Çinli futbolçu yetişdirmək istəyirlər. Növbəti mövsüm klubların aşağı yaş qruplarından əsas heyətə minimum 4-5 futbolçu qalxmalıdır. Çinli futbolçular ölkəyə gələn ulduzlardan öyrənməli və onlarla rəqabət aparmalıdır”.
“Çində oynayan legionerlərin çoxu cənubi amerikalıdır. Zəngin olmayan ölkələrin futbolçularıdır. Yaxşı maaş qazanmaq vacibdir. Hər birimiz ailəmizi düşünürük. Mən şəxsən Çinə maddi baxımdan gəlmişəm. Amma bura da çalışmağa da davam etmişəm, boş durmamışam, qollarımı sıralayırdım. Bəzi oyunçuların məqsədi titullar qazanmaqdır. Amma kubok əvəzinə pul qazanmağı seçən futbolçuları da tənqid etmək düzgün deyil. Futbol pula qovuşmağın bir yoludur”.
Qeyd edək ki, 31 yaşlı hücumçu 2015-ci ildən “Şanxay Şenhua”da çıxış edir.
saytlarin hazirlanmasi