Təyyarə qəzasına uğrayan “Şapekoense” klubu yayda 20 futbolçuyla güclənəcək.
Sportal.az xəbər verir ki, bu barədə klubun udman direktoru Ruy Koşta məlumat verib:
"Büdcəmizi saxlamalıyıq və yayda heyətimizi gücləndirmək məcburiyyətindəyik. Yayda 20 futbolçu transfer edəcəyik. Bəzi klublar da transferlərdə bizə yardımçı olurlar”.
“Dəhşətli qəzadan sağ qurtulan Neto və Ruşelin heyətə dönməsini gözləyirik. Ehtiyat qolkiperimiz Cekson Folmann sağ qalsa da, ayağının birini itirib. Buna baxmayaraq, Folmanna qapılarımız açıqdır. O, klubda işləyəcək. Sağ qalan futbolçularımız komandaya qayıtmasalar belə, onların forma nömrəsi heç kimə verilməyəcək və əbədiləşdiriləcək”.
Əlavə edək ki, komandanın baş məşqçisi Vaqner Mançini də açıqlamsında hazırki heyətin çempionata hazır olduğunu bildirib. Mançini bəzi mövqeylərdə çatışmayan futbolçularını da qeyd edib, lakin oynayacaqlarını söyləyib.
Göyərtəsində Braziliyanın "Şapekoense" klubunun üzvləri olan təyyarə noyabrın 28-də Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Komandanın üzvləri Cənubi Amerika kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelin şəhərinə istiqamətlənib.
Ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Qəza zamanı üç futbolçu - Alan Ruşel, Cekson Folman və Xelio Samper Neto sağ qalıb. Xəsarət almış Markos Danilo isə sonradan xəstəxanada şok keçirərək dünyasını dəyişib.
saytlarin hazirlanmasi