Çin klubundan Obameyanqa 150 milyon avroluq təklif

16:57 - 4 Yanvar 2017

Heyətində Cekson Martinez, Tevez, Oskar və Halk kimi oyunçuları olan Çinin "Şanxay SPİG" klubu bu dəfə Dortmund "Borussiya"sının futbolçusunu heyətinə qatmaqda israrlıdır.

 

Sportal.az xəbər verir ki, sözügedən klub Bundesliqa təmsilçisinin qabonlu futbolçusu Pierre-Emerik Obameyanqı transfer etmək istəyir. Məlumata görə, Çin klubu futbolçu üçün "Borussiya"ya 150 milyon avro ödəməyə hazırdır. Bundan əlavə, komanda futbolçuya illik 41 milyon avro ödəməyəcək. 

 

Qeyd edək ki, "Borussiya" ilə 2020-ci ilədək müqaviləsi olan futbolçu cari mövsüm çıxdığı 22 matçda 20 qol vurub və 4 qol ötürməsi edib.

Xəbər xətti