İsrailin "Makkabi" klubu baş məşqçisi Şota Arveladze ilə yolları ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanın Avroliqada mübarizəni dayandırmağı və ölkə çempionatda liderdən 8 xal geridə qalması səbəbindən klub rəhbərliyi gürcü mütəxəssislə yolları ayırmağa qərar verib.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis baş məşqçi postuna ötən il təyin olunmuşdu. İsrail klubu onun rəhbərliyi altında 25 oyuna çıxıb.
saytlarin hazirlanmasi