FİFPro futbolçulara xəbərdarlıq etdi: "Bu ölkənin klublarına transfer olmayın"

15:43 - 5 Yanvar 2017

Beynəlxalq Peşəkar Futbolçular Birliyi (FİFPro) futbolçulara Serbiya klublarına transfer olmamalarını məsləhət görüb.

 

Sportal.az xəbər verir ki, FİFPro 2016-cı ildə Serbiya çempionatında çıxış edən futbolçuların çətinliklərlə üzləşdiyini bildirib.

 

Açıqlamada qeyd olunur ki, oyunçuların 68 faizi maaşlarını vaxtında almır. 89 faiz hallarda isə transferlərə görə təzyiqlərlə üzləşirlər. Bu səbəbdən FİFPro futbolçulara qış transfer pəncərəsi üçün belə bir məsləhət verib.

 

Serbiya Futbolçular Birliyinin prezidenti Mirko Polediça açıqlamasında söyləyib ki, Serbiyaya transfer olan futbolçuların 50 faizi günlərini məhkəmələrdə keçirir.

 

Xəbər xətti