UEFA 2016-cı ilin rəmzi heyətini açıqlayıb.
Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuya əsasən aşağıdakı futbolçular 11-liyə daxil edilib:
Qapıçı: Canluici Buffon (“Yuventus”, İtaliya).
Müdafiəçilər: Serxio Ramos (“Real”, İspaniya), Xerard Pike (“Barselona”, İspaniya), Jerom Boatenq (“Bavariya”, Almaniya), Leonardo Bonuççi (“Yuventus”, İtaliya).
Yarımmüdafiəçilər: Andres İnyesta (“Barselona”, İspaniya), Toni Kroos (“Real”, Almaniya), Luka Modriç (“Real”, Xorvatiya).
Hücumçular: Lionel Messi (“Barselona”, Argentina), Kriştiano Ronaldo (“Real”, Portuqaliya), Antuan Qrizmann (“Atletiko”, Fransa).
saytlarin hazirlanmasi