Afrikada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, “Lester Siti” və Əlcəzair yığmasının üzvü Riyad Mahrez 361 səslə qitənin ən yaxşı futbolçusu seçilib.
Dortmund “Borussiya”sının və Qabon yığmasının hücumçusu Pyer-Emerik Obameyanq 313 səslə ikinci olub.
“Liverpul”un seneqallı futbolçusu Sadio Mane isə 186 səslə üçüncü olub.
“Mamelodi Sandaunz”un çalışdırcısı Pitso Mosimane Afrikanın ən yaxşı məşqçisi seçilib. Onun komandası 2016-cı ildə Afrika Çempionlar Liqasının qalibi olub.
“Arsenal”ın və Nigeriya yığmasının 20 yaşlı hücumçusu Aleks Ayobi ən yaxşı gənc futbolçu seçilib.
saytlarin hazirlanmasi