Portuqaliyanın "Sportinq" klubu ölkə kubokunda "Setubal"a məğlubiyyətdən sonra (1:2) mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisinin rəhbərliyi bu oyundan dərhal sonra maraqlı qərar qəbul edib. Belə ki, klub rəhbərliyi "Setubal"a icarə verilən iki futbolçunu - Rayan Qaul və Andre Qeraldeşi geri çağırıb.
Bu barədə məlumatı 90-cı dəqiqədə vurduğu qolla “Setubal”a qələbə qazandıran Edinyo verib. Futbolçu sosial şəbəkədəki hesabında bunları yazıb:
“Ryan və Andre artıq aramızda olmayacaq. Onlar “Sportinq”ə geri çağırıldılar və bu klubun B komandasında oynayacaqlar. Bu, haqsızlıqdı”.
Qeyd edək ki, milli komandamızın üzvü Budaq Nəsirov hazırda "Sportinq"də çıxış edir.
saytlarin hazirlanmasi