Millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” Türkiyə Super Liqasında yaranan fasilə ərəfəsində yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, “timsahlar” Albaniyanın “Skenderbeu” klubuyla üz-üzə gəlib. Oyunda hesab açılmayıb – 0:0.
Dəniz Yılmaz oyuna start heyətdə başlayıb. Millimizin forvardı ilk hissədən sonra əvəzlənib.
Dəniz Yılmaz və Sərcan Yıldırım oyunda bir neçə 100 faizli qol epizodlarını qaçırıblar.
saytlarin hazirlanmasi