FİFA bu gün 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb.
Sportal.az xəbər verir ki, ötən ilin ən yaxşılar İsveçrənin Sürix şəhərində keçirilən qala gecədə mükafatlandırılıb.
Tədbirdə 7 mükafatın sahibi bəlli olub.
“FİFA Fan mükafatı”nın qalibi müəyyənləşib. Mükafatın sahibi “Borussiya” (Dortmund) və “Liverpul” azarkeşləri elan olunublar.
“FİFA ən yaxşı qadın məşqçisi” adını isə Silviya Neyd (Almaniya) qazanıb.
"FİFA ən yaxşı kişi məşqçisi" adını İngiltərənin "Lester" klubunu çempion edən Klaudio Ranyeri qazanıb.
“FİFA Puşkaş mükafatı” 2016-cı ilin ən gözəl qolunun müəllifi malayziyalı Mohd Faiz Subri (“Penanq”) olub.
“FİFA ən yaxşı qadın futbolçusu” mükafatını ABŞ-lı Çarli Lloyd qazanıb.
“FİFA ən yaxşı kişi futbolçusu” mükafatına isə "Real"ın və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo sahib çıxıb.
"FİFA Fair-Play" mükafatını Sudamerikana Kubokunun final oyununa çıxmayaraq kuboku təyyarə qəzasına uğramış "Şapekoense"yə güzəştə gedən Kolumbiya təmsilçisi "Atletiko Nasyonal" olub.
saytlarin hazirlanmasi