Robert Prosineçki və Rəşad Sadıqov kimə səs verib?

01:46 - 10 Yanvar 2017

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun FİFA tərəfindən 2016-cı ilin ən yaxşı futbolçusu seçildiyi barədə məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, FİFA-ya üzv olan federasiyaların milli komandaların baş məşqçiləri və kapitanları arasında keçirilən səsvermədə Ronaldo 34,54 faiz səslə qalib gəlib.

 

Onun ən yaxın izləyicisi Lionel Messi (Barselona) 26,42, Antuan Qrizmann (Atletiko) isə cəmi 7,53 faiz səs toplayıb.

 

Millimizin baş məşqçisi Robert Prosineçki səsvermədə 1-ci yerə Lionel Messini, 2-ci yerə Kriştiano Ronaldonu, 3-cü yerə isə Antuan Qrizmannı layiq görüb.

 

Maraqlıdı ki, millimizin baş məşqçisi ilə kapitanı Rəşad Sadıqovun fikirləri üst-üstə düşməyib. Belə ki, kapitan 1-ci yerə Ronaldonu, 2-ci yerə Messini, 3-cü yerə isə xorvat mütəxəssis kimi Qrizmannı layiq görüb.

 

Xəbər xətti