FİFA tarixi qərar verir

12:41 - 10 Yanvar 2017

FİFA prezidenti Canni İnfantino dünya çempionatında komandaların sayının artırılması ilə bağlı irəli sürdüyü təklif haqda qərar qəbul ediləcək.

 

Sportal.az xəbər verir ki, bu gün bu haqda rəsmi qərar qəbul ediləcək. Qərar qəbul olunsa, 2026-cı ildən başlayaraq mundialda 48 komanda iştirak edəcək.

 

Reqlamentə görə, final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq.

 

Dünya çempionatına Avropadan 16, Afrikadan 9,5 (bir yığma digər qitədən olan komanda ilə pley-off qarşılaşması keçirəcək), Asiyadan 8,5, KONMEBOL-dan 6,5, KONKAKAF-a 6,5, Okeaniyadan 1 komanda yollanacaq.

Xəbər xətti