Belçika millisinin üzvü Entoni Vanden Borre kayerasını başa vurub.
Sportal.az xəbər verir ki, "Anderlext"in 29 yaşlı üzvü bu barədə özü yerli mətbuata açıqlamasında məlumat verib. O bildirib ki, ardıcıl aldığı zədələrə görə belə bir qərar qəbul edib.
"Anderlext" rəsmiləri isə futbolçunu qərarından vaz keçmək üçün çalışacaqlarını açıqlayıblar.
Qeyd edək ki, 2004-cü ildən Belçika millisinə dəvət alan Vanden Borre karyerası ərzində "Fiorentina", "Cenoa" və "Genk" kimi komandalarda forma geyinib.
saytlarin hazirlanmasi