Bu gün Afrika Millətlər Kubokuna start veriləcək.
Sportal.az xəbər verir ki, qitə birinciliyinin açılış oyununda A qrupunda meydan sahibi Qabon Qvineya-Bisauyla qarşılaşacaq. Bu qrupun digər oyununda isə Burkina-Faso və Kamerun üz-üzə gələcək.
16 millinin 4 qrupda mübarizə apardığı qitə birinciliyi yanvarın 14-dən fevralın 5-dək davam edəcək.edəcək.
1957-ci ildən təşkil edilən Afrika Millətlər Kubokunda ən çox Misir qalib gəlib (7 dəfə). Kamerun və Qana isə hərəyə 4 dəfə çempionluq sevinci yaşayıblar. 2015-ci ildə baş tutmuş son qitə birinciliyinin qalibi Kot-d-İvuar millisi olub.
Afrika Millətlər Kuboku, 1-ci tur
14 yanvar
A qrupu
20:00 Qabon - Qvineya-Bisau
23:00 Burkina-Faso - Kamerun