Bu gün Portuqaliya Sequndasında XXII turun oyunları davam edəcək.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası səfər matçına çıxacaq. Lissabon təmsilçisi səfərdə çempionatın lideri "Portimonense"nin qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.
Son vaxtlar "Sportinq"in heyətində ən yaxşılardan olan gənc futbolçunun bu matçda da şans qazanacağı gözlənilir.
Qeyd edək ki, Nəsirov komandanın heyətində 13 oyun keçirib və 1 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi