"Palmeyras"ın "İnter"dən icarəyə götürdüyü Felipe Melo maraqlı açıqlamarı ilə diqqət çəkib.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin bu fikirləri səsləndirib:
"Televiziyada gözəl hərəkətlərimin əvəzinə, qırmızı vərəqələrimi göstərirlər. Amma heç kim "Fənərbaxça"nın stadionunda qaldırdığım kuboku göstərmir. "Palmeyras" azarkeşləri bunu bilməlidir. Meydanda lazım gəlsə, dava da edərəm. Yanılmıramsa, Gabriel Xesusla müqayisədə sarı vərəqəm daha azdır. Milli komandada Fernandinyo məndən çox sarı vərəqə alıb".
Qeyd edək ki, Melo Braziliya millisinin heytində 22 oyun keçirib.
saytlarin hazirlanmasi